Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 96 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 96 yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 min 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 60 nəfər müalicə olunaraq sağalıb, 9 min 921 nəfər vəfat edib. Aktiv xəstə sayı 776 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 806, bu günə qədər isə ümumilikdə 7 milyon 260 min 232 test icra olunub.

ƏvvəlkiLeyla Abdullayeva Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlıqla bağlı paylaşım edib
NövbətiPolşada saxlanılan sabiq icra başçısının Azərbayacana ekstradisiyası ilə bağlı müraciət edilib