Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 95 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 75 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 510 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 557 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 438, bu günə qədər isə ümumilikdə 7 milyon 423 min 605 test icra olunub.

ƏvvəlkiABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 63-ə çatıb
NövbətiDekabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 365 doza vaksin vurulub