Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 763 nəfər müalicə olunaraq sağalıb, 10 min 45 nəfər vəfat edib. Aktiv xəstə sayı 492 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, bu günə qədər isə ümumilikdə 7 milyon 455 min 670 test icra olunub.

ƏvvəlkiTürkiyə ordusu Suriyanın şimalında 11 PKK/YPG terrorçusunu zərərsizləşdirib
NövbətiYanvarın 14-də Azərbaycanda COVID-19 əleyhinə 594 doza vaksin vurulub