Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 762 nəfər müalicə olunaraq sağalıb, 10 min 233 nəfər vəfat edib. Aktiv xəstə sayı 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1585, bu günə qədər isə ümumilikdə 7 milyon 585 min 820 test icra olunub.

ƏvvəlkiLaçında insan sümükləri tapılıb
NövbətiAğdamda və Şuşada orta məktəblərin tikintisi başa çatmaq üzrədir