Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 76 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 672 nəfər müalicə olunaraq sağalıb, 10 min 147 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1469, bu günə qədər isə ümumilikdə 7 milyon 545 min 86 test icra olunub.

Əvvəlki“PAŞA Bank” növbəti ağacəkmə aksiyasına qoşulub
NövbətiEkoaksiya: Sülhməramlılara məxsus avtomobillər axşam saatlarında da intensiv hərəkət edir