Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 612 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 612 yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 min 47 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 min 707 nəfər müalicə olunaraq sağalıb, 9 min 822 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 25, bu günə qədər isə ümumilikdə 7 milyon 166 min 533 test icra olunub.

ƏvvəlkiNeftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var
NövbətiSentyabrın 3-də Azərbaycanda COVID-19 əleyhinə 1333 doza vaksin vurulub