Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 497 nəfər müalicə olunaraq sağalıb, 10 min 138 nəfər vəfat edib. Aktiv xəstə sayı 190 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1583, bu günə qədər isə ümumilikdə 7 milyon 537 min 871 test icra olunub.

ƏvvəlkiGürcüstanda aksiya zamanı saxlanılan şəxslər sərbəst buraxılıblar
NövbətiMEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib