Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 577 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 577 yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 min 338 nəfər müalicə olunaraq sağalıb, 8 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 349 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 777, bu günə qədər isə ümumilikdə 5 milyon 757 min 381 test icra olunub.

ƏvvəlkiBakıda enerji dəyişikliyinə dair beynəlxalq konfrans işə başlayıb
NövbətiAzərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 66 min 951-dir