Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 568 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 568 yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 812 min 816 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 799 min 479 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 532 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 28, bu günə qədər isə ümumilikdə 7 milyon 151 min 214 test icra olunub.

ƏvvəlkiŞarl Mişel və İlham Əliyev Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə edib
NövbətiAzərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir