Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 557 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 557 yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 812 min 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 min 719 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 592 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320, bu günə qədər isə ümumilikdə 7 milyon 145 min 345 test icra olunub.

Əvvəlki“Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib
NövbətiQətər ilə türk dünyası arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub