Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 502 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 502 yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 816 min 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 min 562 nəfər müalicə olunaraq sağalıb, 9 min 838 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 189 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 343, bu günə qədər isə ümumilikdə 7 milyon 180 min 867 test icra olunub.

ƏvvəlkiBakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
NövbətiSentyabrın 7-də Azərbaycanda COVID-19 əleyhinə 1353 doza vaksin vurulub