Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 499 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 499 yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 807 min 516 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 794 min 225 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 507 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 438, bu günə qədər isə ümumilikdə 7 milyon 113 min 616 test icra olunub.

ƏvvəlkiUn və çörək satışı bazarında monitorinqlər aparılır
NövbətiQəbələ və Xaçmazda meşə yanğınları söndürülüb