Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 476 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 476 yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 min 523 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 min 256 nəfər müalicə olunaraq sağalıb, 9 min 825 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 442 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 503, bu günə qədər isə ümumilikdə 7 milyon 170 min 36 test icra olunub.

ƏvvəlkiAzərbaycan karateçiləri Premyer Liqa turnirini 6 medalla başa vurublar
NövbətiSentyabrın 4-də Azərbaycanda COVID-19 əleyhinə 1113 doza vaksin vurulub