Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 469 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 469 yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 801 min 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 789 min 34 nəfər müalicə olunaraq sağalıb, 9 min 760 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 145 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 603, bu günə qədər isə ümumilikdə 7 milyon 69 min 761 test icra olunub.

ƏvvəlkiAvqustun 7-də Azərbaycanda COVID-19 əleyhinə 1424 doza vaksin vurulub
NövbətiAzərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli olub