Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 34 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 721 nəfər müalicə olunaraq sağalıb, 9 min 972 nəfər vəfat edib. Aktiv xəstə sayı 230 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 84, bu günə qədər isə ümumilikdə 7 milyon 355 min 336 test icra olunub.

ƏvvəlkiBritaniyanın Baş naziri Ukraynada səfərdədir
NövbətiPentaqon: “NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq”