Pentaqon: “NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq”

“NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

“NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil”, – Pentaqon rəhbəri qeyd edib.

Ostin, həmçinin vurğulayıb ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq:

“Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik”, – Nazir deyib.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynadakı vəziyyət “soyuq müharibə”nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır:

“Bu müharibənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq”.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 34 yoluxma faktı qeydə alınıb
NövbətiQarakənd faciəsindən 31 il ötür