Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 33 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 603 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 135 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 472, bu günə qədər isə ümumilikdə 6 milyon 785 min 398 test icra olunub.

ƏvvəlkiToivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb
NövbətiŞuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var