Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 309 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 309 yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 796 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 653 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1753 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 26, bu günə qədər isə ümumilikdə 7 milyon 21 min 193 test icra olunub.

ƏvvəlkiPakistan Ədəbiyyat Akademiyasının prezidenti Nizami Muzeyində olub
Növbətiİyulun 23-də Azərbaycanda COVID-19 əleyhinə 2342 doza vaksin vurulub