Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 28 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 293 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 220 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 826, bu günə qədər isə ümumilikdə 6 milyon 739 min 8 test icra olunub.

ƏvvəlkiCəlilabadın 9 kəndində internet problemi yaranıb
NövbətiBoris Conson: “Britaniya Rusiyaya qarşı sanksiyaları hər həftə artıracaq”