Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2189 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2189 yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529 min 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 min 374 nəfər müalicə olunaraq sağalıb, 7 min 49 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 686 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 51, bu günə qədər isə ümumilikdə 5 milyon 183 min 839 test icra olunub.

ƏvvəlkiSəudiyyə Ərəbistanı və Küveytdən sonra BƏƏ də Livandakı səfirini geri çağırıb
NövbətiBu gün COVID-19 əleyhinə 50 min dozaya yaxın peyvənd vurulub