Bu gün COVID-19 əleyhinə 50 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 30-da Azərbaycanda 49 min 799 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 min 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 962 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 617 min 755, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 227 min 329, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 390 min 426 nəfər təşkil edir.

 

 

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2189 yoluxma faktı qeydə alınıb
NövbətiANAMA tərəfindən altı min hektara yaxın ərazi minalardan təmizlənib