Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2001 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2001 yoluxma faktı qeydə alınıb, 2145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 min 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 min 250 nəfər müalicə olunaraq sağalıb, 7 min 416 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 765 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 99, bu günə qədər isə ümumilikdə 5 milyon 347 min 509 test icra olunub.

ƏvvəlkiBu gün COVID-19 əleyhinə 40 min dozadan çox peyvənd vurulub
NövbətiErmənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib