Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 20 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 646 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib. Aktiv xəstə sayı 143 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2820, bu günə qədər isə ümumilikdə 6 milyon 794 min 952 test icra olunub.

Əvvəlkiİran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
NövbətiPrezident İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsini qəbul edib