Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 634 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 135 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 792 min 132 test icra olunub.

ƏvvəlkiCüdoçularımız Xorvatiyada keçirilən Avropa kuboku yarışında 2 qızıl, 1 bürünc medal qazanıblar
NövbətiParacüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisində gümüş medal qazanıb