Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1889 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1889 yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 min 211 nəfər müalicə olunaraq sağalıb, 7624 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 740, bu günə qədər isə ümumilikdə 5 milyon 443 min 180 test icra olunub.

ƏvvəlkiBu gün Azərbaycanda 16 mindən çox insana koronavirus əleyhinə “buster” doza vurulub
NövbətiAzərbaycanla İran rəsmiləri sənaye və investisiya layihələrini nəzərdən keçirib