Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 351 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 199 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 624, bu günə qədər isə ümumilikdə 6 milyon 746 min 85 test icra olunub.

ƏvvəlkiAzərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
NövbətiYevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama