Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 781 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 856, bu günə qədər isə ümumilikdə 6 milyon 817 min 342 test icra olunub.

ƏvvəlkiBəstəkar Səid Rüstəmovun 115 illiyi Sumqayıtda qeyd edilib
NövbətiMayın 1–də Azərbaycanda COVID-19 əleyhinə 4 minə yaxın dozadan çox vaksin vurulub