Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1530 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1530 yoluxma faktı qeydə alınıb, 1864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 min 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 min 385 nəfər müalicə olunaraq sağalıb, 8 min 4 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 114 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 863 , bu günə qədər isə ümumilikdə 5 milyon 621 min 21 test icra olunub.

ƏvvəlkiÖzbəkistan nümayəndəsi ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinə rəhbərlik edəcək
NövbətiBu gün Azərbaycanda COVID-19-a qarşı 36 minə yaxın vaksin vurulub