Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 440 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 175 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 8, bu günə qədər isə ümumilikdə 6 milyon 759 min 211 test icra olunub.

ƏvvəlkiRusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçiriblər
NövbətiAprelin 14-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub