Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 70 nəfər müalicə olunaraq sağalıb, 9 min 714 nəfər vəfat edib. Aktiv xəstə sayı 63 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1988, bu günə qədər isə ümumilikdə 6 milyon 916 min 588 test icra olunub.

ƏvvəlkiAzərbaycan XİN Lavrovun Fərrux kəndi ilə bağlı fikrinə münasibət bildirib
Növbətiİyunun 9-da Azərbaycanda COVID-19 əleyhinə 1909 doza vaksin vurulub