Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 140 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 933 nəfər müalicə olunaraq sağalıb, 9 min 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 1158 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320, bu günə qədər isə ümumilikdə 7 milyon 242 min 57 test icra olunub.

ƏvvəlkiRusiya “Şimal axını” marşrutu üzrə Avropaya qaz nəqlini tamamilə dayandırıb
NövbətiLaçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib