Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 516 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 140 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 297, bu günə qədər isə ümumilikdə 6 milyon 769 min 897 test icra olunub.

ƏvvəlkiAprelin 17-də Azərbaycanda COVID-19 əleyhinə 6 minə yaxın doza vaksin vurulub
Növbətiİran Prezidenti İsraili hədələyib