Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 261 nəfər müalicə olunaraq sağalıb, 9 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 268 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878, bu günə qədər isə ümumilikdə 7 milyon 383 min 253 test icra olunub.

ƏvvəlkiGöygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb
NövbətiPrezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbərini qəbul edib