Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1210 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1210 yoluxma faktı qeydə alınıb, 1853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 599 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 min 238 nəfər müalicə olunaraq sağalıb, 8 min 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 min 456 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 33 , bu günə qədər isə ümumilikdə 5 milyon 633 min 54 test icra olunub.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19-a qarşı 33 mindən çox vaksin vurulub
NövbətiPeşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub