Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 316 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 295 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 896, bu günə qədər isə ümumilikdə 7 milyon 472 min 527 test icra olunub.

ƏvvəlkiAİ Ukrayna hərbçilərinin Polşada təlimi üçün daha 45 milyon avro ayıracaq
NövbətiMilli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib