Son sutkada Azərbaycanda COVID-19 əleyhinə 226 doza vaksin vurulub

Dekabrın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 226 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 97, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 891, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 304, ikinci mərhələ üzrə 4 milyon 875 min 385, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 535-dir.

ƏvvəlkiAzərbaycanda daha 72 nəfər koronavirusa yoluxub
Növbətiİspaniyada avtobusun çaya aşması nəticəsində 6 nəfər ölüb