Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1855 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1855 yoluxma faktı qeydə alınıb, 2199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 550 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 min 400 nəfər müalicə olunaraq sağalıb, 7 min 320 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 726 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 367, bu günə qədər isə ümumilikdə 5 milyon 301 min 252 test icra olunub.