Bu gün Azərbaycanda COVID-19 əleyhinə 11 min dozadan çox peyvənd vurulub

Noyabrın 9-da Azərbaycanda 11 min 197 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 69, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 376, “buster” doza ilə peyvənd olunanların sayı isə 5 min 752 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.

ƏvvəlkiVətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1855 yoluxma faktı qeydə alınıb