Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 485 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 87 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 467 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 897, bu günə qədər isə ümumilikdə 7 milyon 284 min 670 test icra olunub.