Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 561 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 561 yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 813 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 min 722 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 471 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 71, bu günə qədər isə ümumilikdə 7 milyon 159 min 317 test icra olunub.