Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 819 nəfər müalicə olunaraq sağalıb, 9 min 687 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 481, bu günə qədər isə ümumilikdə 6 milyon 692 min 62 test icra olunub.