Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 37 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 37 yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 289 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1825, bu günə qədər isə ümumilikdə 7 milyon 333 min 142 test icra olunub.