Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 34 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 202 nəfər müalicə olunaraq sağalıb, 9666 nəfər vəfat edib. Aktiv xəstə sayı 677 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2741, bu günə qədər isə ümumilikdə 6 milyon 671 min 287 test icra olunub.