Martın 22-də Azərbaycanda COVID-19 əleyhinə 92 doza vaksin vurulub

Martın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 92 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 4, ikinci doza vaksinlərin sayı – 20, üç və daha çox doza vaksinlərin sayı – 67, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 581, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 393, ikinci mərhələ üzrə 4 milyon 814 min 504, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 364, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 320-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 34 yoluxma faktı qeydə alınıb
NövbətiTürkiyə Qara dənizdəki minalarla bağlı tədbirlər görür