Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 201 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 201 yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 min 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 981 nəfər müalicə olunaraq sağalıb, 9 min 900 nəfər vəfat edib. Aktiv xəstə sayı 1418 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 84, bu günə qədər isə ümumilikdə 7 milyon 228 min 614 test icra olunub.