Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 980 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1784, bu günə qədər isə ümumilikdə 7 milyon 375 min 442 test icra olunub.