Siyəzən rayonunda yaşıllıq zonalarının qorunması məsələləri üzrə maarifləndirmə layihəsi həyata keçirilir

30.09.2022-ci il tarixində Siyəzən rayon regional Mədəniyyət Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində  tədbir- görüş keçirmişdir. Tədbirdə bələdiyyə üzvləri, təhsil, səhiyyə işçiləri, rayon yaşıllaşdırma idarəsinin işçiləri və ictimaiyyət nümatəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə  Mədəniyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açdı və tədbirin əhəmiyyətini qeyd etdi. Sonra söz  layihənin təlimçisi Tələt Qəribova verdi. T.Qəribov layihə haqqında məlumat verərək bildirdi ki, meşə və yaşıllıqlar Azərbaycanda ərazinin çox az hissəsini təşkil edir və  bu orta dünya göstəricisindən azdır.  O qeyd etdi ki, yaşıllıq havanı və rütubəti tənzimləyir, yol kənarında olan zəhərli qazları və tozu udur, isti yay günlərində insanlara sərinlik gətirir, torpaq sürüşməsinin və quraqlığın qarşısını alır. T.Qəribov mövzu barəsində daha geniş danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisinin 11,4%-ni təşkil edir, hansı ki, orta dünya səviyyəsindən  (25%) 2-dəfə azdır. Meşə əraziləri qonşu  Gürcüstanda 39%, Türkiyədə 35%  təşkil edir. 20-ci əsrin əvvəlində Azərbaycan ərazisinin 35%-i meşə sahəsi ilə örtülü olmuşdur. Siyəzən rayonun 740 kv.km ərazisinin cəmi 3%-i yaşıllıq əraziləri ilə örtülüdür.  Bu çox aşağı bir göstəricidir və bu sahənin artırılması çox vacibdir.

Bu ilin avqust ayında Siyəzən də daxil olmaqla bir çox rayonlarımızda 6 min ha ərazidə yanğın baş vermişdir və bunun nəticəsində meşə ərazilərimiz yararsız vəziyyətə düşmüşdür.

Sovet dövlətinin apardığı  iqtisadi fəaliyyət nəticəsində meşə ilə örtülü sahələrimiz 3-dəfədən çox azalaraq torpaqlarımızın şoranlaşmasına və quraqlıq ərazilərin yaranmasına səbəb olmuşdur. Şoranlaşmış ərazilər əsasən dağlıq ərazilərdədir və ümumilikdə  700 min ha təşkil edir. S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını (CO2) udaraq əvəzində bütün  kainatı oksigenlə təmin edir. Alimlərin hesablamasına görə növündən və yaşından asılı olaraq bir ağac bir il ərzində 100 kq oksigen istehsal edərək 35-40 kq karbon qazını udur. Bir insanın il ərzində 740-760 kq oksigen istifadə etdiyi nəzərə alınsa 7-8 ağacın bir insanın udacağı qədər oksigen istehsal etdiyini müəyyən edilə bilər.

Tədbirdə rayon Yaşıllaşdırma idarəsinin rəisi Rahim Qurbanov, Siyəzən NQÇİ-nin nümayəndəsi Cavid Hacızadə, Beşlan kənd bələdiyyəsinin sədri  Rəna Nuriyeva, Dost MMC-nin nümayəndəsi Osman Məmmədov və digər nümayəndələr çıxış etdilər.

Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın yaşıllıq sahələrinin qorunmasında fəallığı tövsiyə olundu və sonra tədbir yekunlaşdı.

ƏvvəlkiABŞ və Ukrayna müdafiə nazirləri telefonla danışıb: “Yaxşı xəbərlər tezliklə elan ediləcək”
NövbətiPrezident İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb