Şimali Kipr Türk Respublikası TÜRKPA-ya müşahidəçi üzv seçilib

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə paylaşım edib.

“Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!” – paylaşımda bildirilir.

ƏvvəlkiVoleybol üzrə “Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşib
NövbətiAzərbaycan Qran-Prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib