Şimali İraqda sığınacaqlardan qaçan bir PKK terrorçusu təslim olub

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan 1 PKK terrorçusunun təslim olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin sosial media hesablarında məlumat verilib.

Qeyd edilib ki, hərbçilərin təşkil etdikləri əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaqlardan qaçan 1 PKK terrorçusu Habur sərhəd məntəqəsində təslim olub.

ƏvvəlkiPrezident İlham Əliyev dünən çox haqlı iradlar səsləndirdi – Muxtar Babayev
NövbətiBayden: “ABŞ təhlükəsiz Avropa olmadan çiçəklənə bilməz”