“Şeytan çarxı”ndan özünü atan gəncin kimliyi məlum oldu

Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.

Bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Qeyd edək ki, Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

ƏvvəlkiABŞ-da təyyarə qəzası baş verib
NövbətiGömrük yığımlarının məbləği artırıldı